"3:1 hesablı qələbə, bu, hələ yarımfinala adlamaq demək deyil"

02:25 - 16 Aprel 2015

Luis Sures: “PSJ-nin “Çelsi”ylə səfər oyununu xatırlamaq kifayətdir”
 
Çempionlar Liqasının 1/4 final mərhələsində səfərdə Fransa çempionunu 3:1 hesabı ilə məğlub edən “Barselona” cavab oyununa üstünlüklə yollanıb.
 
Sportal.az xəbər verir ki, ilk qarşılaşmada parislilərin qapısından iki top keçirən Kataloniya təmsilçisinin hücumçusu Luis Sures oyunla bağlı fikirlərini bildirib:
 
“Parisdən uğurlu nətcə əldə etməyimiz vacib idi. Belə olan halda üstünlük əldə edəcəkdik. 3:1 hesablı qələbə, bu, hələ yarımfinala adlamaq demək deyil. Qarşıda 90 dəqiqəlik cavab oyunu var. Bu futboldu və hər şey ola bilər. PSJ-nin “Çelsi”ylə səfər oyununu yada salmaq kifayətdir ki, arxayınlaşmaq olmaz”.            

Xəbər xətti