Ağayevsiz "Kayserispor" kubokla vidalaşdı

00:22 - 17 Aprel 2015

"Sivasspor" yarımfinalda
 
Dünən Türkiyə kubokunun yarımfinal mərhələsində iki qarşılaşmanın cavab oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" səfərdə "Sivasspor"un qonağı olub. İlk oyun 1:1 hesabı ilə başa çatan matçın revanşında eyni hesab qeydə alınıb. Əlavə dəqiqələrdə qol vuruladığına görə, qarşılaşma penaltilər seriyasına uzanıb. Bu zaman isə "Sivasspor" daha dəqiq oynayıb 4:2. "Kayserispor" bu məğlubiyyətdən sonra kubokla vidalaşıb.
 
Qeyd edək ki, Kamran Ağayev və komandanın bir neçə aparıcı futbolçusu bu matçın iştirak ərizəsinə salınmayıb.

Xəbər xətti