"Liverpul"un futbolçusu mövsümü erkən başa vurdu

13:12 - 17 Aprel 2015

Sako sıradan çıxdı
 
İngiltərənin "Liverpul" klubu ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, komandanın müdafiəçisi Mamadu Sako zədələnərək sıradan çıxıb.
 
"Blekbörn"lə kubok matçında zədələnən futbolçu bir ay yaşıl meydanlardan kənarda qalacaq. Onun cari mövsüm komandasına kömək edə bilməyəcəyi gözlənilir. 

Xəbər xətti