"Simurq" "Qarabağ"la matça 1 itki ilə çıxacaq

14:27 - 17 Aprel 2015

Mustafayev cəzalı durumdadı
 
Son üç rəsmi qarşılaşmada qələbə üzünə həsrət qalan "Simurq" bu gün növbəti sınağına çıxır.
 
Sportal.az xəbər verir ki, Zaqatala klubunun rəqibi isə bir neçə gün öncə ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmasında uduzduğu "Qarabağ"dır.
 
Son ölkə çempionu ilə görüş Zaqatala təmsilçisi üçün çox önəm daşıyır. Həm son xoş olmayan nəticələri unutmaq, həm özünəinamı qaytarmaq, həm də Avroliqaya vəsiqə qazanmaq üçün bu matçda 3 xal vacibdir. Komandanın son məşqində bütün futbolçular iştirak edib. Ancaq bu qarşılaşmada Vüqar Mustafayev sarı vərəqə limiti səbəbindən forma geyinə bilməyəcək.
 
Qeyd edək ki, "Simurq" - "Qarabağ" qarşılaşması saat 18:00-da start götürəcək.

Xəbər xətti