Nazarov bu dəfə 45 dəqiqə oynadı

00:45 - 18 Aprel 2015

Futbolçumuzun komandası 1 xala razı oldu
 
Almaniya II Bundesliqasında XXIX turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, sözügedən tur çərçivəsində milli komandamızın hücumçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsure" də növbəti matçına çıxıb. Nazarovun komandası səfərdə "Sandhausen"in qonağı olub. Oyun 0-0 hesablı bərabərliklə başa çatıb. Millimizin futbolçusu start heyətdə yer alaraq 45 dəqiqə mübarizə aparıb.
 
Qeyd edək ki, Nazarovun komandası 29 turdan sonra 49 xal toplayaraq turnir cədvəlinin III pilləsində qərarlaşıb.

Xəbər xətti