Premyer Liqada 7 komandaya qol vuran bombardir

19:00 - 18 Aprel 2015

Komandanın 13 qolunu vuran Novruzov
 
"Bakı"nın hücumçusu Nurlan Novruzov dünən "İnter"lə qarşılaşmada növbəti qoluna imza atdı.
 
Sportal.az xəbər verir ki, Novruzov bu qolla mövsümdəki 13-cü qolunu vurdu və hazırda çempionatın şəriksiz bombardiridi.
 
Novruzov bu qolla 8 rəqib komandasından 7-nə qol vurmağı bacardı. Belə ki, o, "Qarabağ" və "Simurq"a 3, AZAL və "Sumqayıt"a 2, "Xəzər Lənkəran", "Neftçi" və  "İnter"ə qarşı bir dəfə fərqlənib. Yalnız "Qəbələ"yə qarşı fərqlənə bilməyib. 
 
Qeyd edək ki, bombardir komandasının vurduğu 17 qoldan 13-nün müəllifidi və qış fasiləsindən sonra "Bakı"nın heyətində vurulan bütün qolların müəllifidi.

Xəbər xətti