Nazir Kamran Ağayevin komandasını ziyarət etdi FOTO

11:24 - 19 Aprel 2015

Taner Yıldız futbolçularla da söhbət etdi
 
Türkiyənin Enerji və Təbii sərvətlər nazıri Taner Yıldız dünən millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor"u ziyarət edib.
 
Sportal.az xəbər verir ki, komandanın məşqini izləyən nazir klubun menceri Süleyman Hurmadan "Kayserispor" haqda ətraflı məlumat alıb. "Kayserispor"un lider olaraq Superliqaya vəsiqə qazanacağı və hər zaman bu komandaya dəstək olacağını bildirən Taner Yıldız futbolçularla tək-tək salamlaşaraq uğurlar arzulayıb. 
 

Xəbər xətti