Dadaşov oynadı, komandası uduzdu

14:24 - 19 Aprel 2015

Futbolçumuz üçün 15 dəqiqə
 
Almaniyada Cənub-qərb regional liqasının 29-cu turunun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryuken" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda Trir "Ayntraxt"ını qəbul edib. Matç futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Dadaşov matçın 75-ci dəqiqəsində meydana çıxıb.
 
Qeyd edək ki, "Saarbryuken" hazırda 60 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər xətti