David Silva ölümdən qayıtdı VİDEO

20:00 - 19 Aprel 2015

Şeyx Kuyate ispaniyalı futbolçunu xəstəxanalıq etdi  
 
İngiltərə Premyer Liqasının 33-cü turunda “Vest Hem”lə qarşılaşmada “Mançester Siti”nin aparıcı üzvü David Silva ciddi xəsarət alıb.
 
Sportal.az xəbər verir ki, Şeyx Kuyate dirsək zərbəsindən sonra “şəhərlilər”in ispaniyalı yarımmüdafiəçisi yerdə qalıb. Bundan sonra  huşunu itirən futbolçunu həyata qaytarmaq üçün həkimlər ilkin tibbi yardım göstəriblər.
 
Tibbi personallar futbolçunu özünə gətirmək üçün 8 dəqiqə mübarizə aparıblar. David Silvanın vəziyyətinin ağır olduğunu görən “ağ xalatlılar” xərəkdə futbolçuya süni nəfəs verən kislarod balonu qoşublar. Bundan sonra ispaniyalı futbolçu təcili tibbi yardımla xəstəxanaya aparılıb. 

 


 

Xəbər xətti