"Atletiko" Amitsiz məğlub oldu

12:33 - 20 Aprel 2015

Futbolçumuz ehtiyyat oyunçular skamyasında
 
Portuqaliya ikinci liqasında 40-cı turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb. Lissabon təmsilçisi səfərdə "Oriental"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Quluzadə oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, "Atletiko" hazırda 36 xalla 22-ci pillədə qərarlaşıb. 

Xəbər xətti