Podolski yenidən İngiltərəyə qayıdır

01:30 - 21 Aprel 2015

Hücumçu “İnter”də də qərar tuta bilmədi 
 
“Arsenal”a məxsus icarə əsasında İtaliyanın “İnter” klubunda çıxış edən Lukas Podolski mövsümün sonunda yenidən İngiltərəyə qayıdacaq.
 
Sportal.az xəbər verir ki, qış fasiləsində “topçular”ı milanlılara dəyşən 30 yaşlı futbolçu İtaliya A seriyasında da özünü göstərə bilmədi.
 
Baş məşqçi Roberto Mançinin etmadını qazana bilməyən almaniyalı hücumçu “İnter”də ehtiyat skamyasında oturaraq sonradan meydana çıxır. Bununla barışmayan futbolçu mövsüm başa çatan kimi yenidən “Arsenal”a qayıdacaq.       

Xəbər xətti