"Rəvan"ın istəyi qəbul olundu, çempionatdan kənarlaşdırılır

14:16 - 21 Aprel 2015

AFFA-da iclas

 

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağı yaş qruplarında mübarizə aparan klublarla bağlı bir sıra qərarlar qəbul olunub:

 

15 aprel 2015-ci il U-19 Liqasının “Neftçi” – “Simurq” matçının 45-ci dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Sərxan Əhmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.                        

 

 15 aprel 2015-ci il U-19 Liqasının AZAL – “Xəzər Lənkəran” matçının 44 - cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun məşqçisi Məhərrəm Bağırzadə texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır.

 

 13 aprel 2015-ci il Bakcell U-17 Liqasının “Xəzər Lənkəran” – “Neftçi İK İB” matçının 90-cı dəqiqəsində “Neftçi İK İB” klubunun 11 №-li futbolçusu Hüseyn Salayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.                        

 

 13 aprel 2015-ci il Bakcell U-17 Liqasının “Simurq” – “Sumqayıt” matçının 45-ci dəqiqəsində “Simurq” klubunun 13 №-li futbolçusu Cuma Orucov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

13 aprel 2015-ci il Bakcell U-17 Liqasının “Vətən” – “Bakı” matçının 62-ci dəqiqəsində “Bakı” klubunun 3 №-li futbolçusu Emil Əliyev hakimlər briqadasın  təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

 

16 aprel 2015-ci il U-16 Liqasının “Qarabağ” – “Turan” matçının 17-ci dəqiqəsində “Turan” klubunun 17 №-li futbolçusu Vüsal Mustafayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.    

 

Oyun başa çatdıqdan sonra “Turan” klubunun 4 №-li futbolçusu Məhərrəm Hacıyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.

 

16 aprel 2015-ci il U-16 Liqasının “Xəzər Lənkəran” – “Bakı” matçının 80-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 20 №-li futbolçusu Əli Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.   

 

16 aprel 2015-ci il U-16 Liqasının “Qəbələ” – “MKT Araz” matçında  “MKT Araz”  klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

U-16 Liqasının “Rəvan” FK klubu AFFA ya ünvanladığı məktubla yarışlarda çıxışını dayandırdıqlarını bildirmişlər. Göndərilən məktubu nəzərə alaraq İntizam Komitəsinin qərarı ilə “Rəvan” FK klubu U-16 liqasında keçirilən yarışlardan kənarlaşdırılır.Klub oyunların 50 % - dən çoxunu keçirtdiyinə görə növbəti oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

14 aprel 2015-ci il U-15 Liqasının “Xəzər Lənkəran” – “Vətən” matçının 13-cü dəqiqəsində “Vətən” klubunun 4 №-li futbolçusu Fərhad Şərifovun kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

Oyunun 70+3 -cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 24 №-li futbolçusu Zamiq Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.    

 

15 aprel 2015-ci il Coca Cola U-13 Liqasının “Vətən” – “İnter” matçında  “İnter”  klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

08 aprel 2015-ci il Coca Cola U-13 Liqasının “Şərur” – “Şahbuz” matçında “Şərur” klubunun heyətində qeydiyatda olmuyan futbolçu meydana daxil olduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir

Xəbər xətti