"Əlincə" uşaqları seçimlərə dəvət edir

15:29 - 21 Aprel 2015

İyunun 1-dən 25-ə qədər

 

“Əlincə” Futbol Klubu seçimlərə dəvət edir

 

Sportal.az xəbər verir ki, növbəti mövsüm 1-ci dəstədə oynamağı planlaşdıran “Əlincə” Futbol Klubu bu yöndə çalışmalarını davam etdirir. Bu məqsədlə “Əlincə” Futbol Klubu iyunun 1-dən 25-dən klubun təlim-məşq bazasında 1995, 1996, 1997, 1998 və 1999-cu il doğumlu futbolçuları baxışdan keçirəcək.

 

Qeyd edək ki, maraqlananlar klubun Masazırda yerləşən bazasına gələrək qeydiyyatdan keçə bilər.

Xəbər xətti