Çixradze: "Bu barədə konkret danışmaq çətindir"

"İlk oyundakı hesab bizə açıq futbol sərgiləmək imkanı vermirdi"
 
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində ilk oyun Zaqatalada keçirildi. “Simurq”la üz-üzə gələn “Qarabağ” 0-0 hesabı ilə bitən matçın ardından iki oyunun nəticəsinə görə finala adladı. 
 
 
Sportal.az xəbər verir ki, "Simurq"un baş məşqçisi Georgi Çixradze oyun haqda bunları bildirib:
 
"Kubok oyunları həmişə gərgin olur. Biz “Qarabağ”la iki çətin matç oynadıq. İlk oyunda 1-0 hesabı ilə məğlub olduq. Əgər ilk oyunda qol vura bilsəydik, bu gün daha rahat mübarizə apara bilərdik. İlk oyundakı hesab bizə açıq futbol sərgiləmək imkanı vermirdi. Düzdür, futbolçumuz topu qapıdan keçirdi. Amma həmin epizodla bağlı konkret danışmaq çətindir. Epizoda baxmaq lazımdır. İlk baxışdan, məncə, qola daha çox oxşayır. Lakin təkrar baxmaq lazımdır. “Qarabağ” komandasını isə finala adlaması münasibəti ilə təbrik edirəm"
Tarix: 21 Aprel [20:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2017
17  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio