"Xəzər Lənkəran" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəldi

12:50 - 22 Aprel 2015

1/4 final matçı

 

2014/15-ci il mövsümü 13 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının final mərhələsi yekunlaşmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran" 1/4 finalda “Neftçi” üzərində 4:3 hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqəni əldə edib.

 

Qeyd edək ki, turnirin yarımfinal oyunları aprelin 23-də keçiriləcək. “Xəzər Lənkəran”lı uşaqlar həmin günü “İnter”(Bakı)-nın U 13- komandası ilə qarşılaşacaqlar.

Xəbər xətti