Kamran Ağayevli "Kayserispor" son 4 mövsümün rekordunu qırdı

14:06 - 22 Aprel 2015

Göz oxşayan statistika

 

Türkiyə PTT 1-ci liqasında mübarizə aparan "Kayserispor" daha bir rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu Kayseri təmsilçisi son 4 mövsümdə 28 turdan sonra 18 qalibiyyət alan yeganə komandadı. Bu mövsüm cəmi 4 məğlubiyyəti olan "Kayserispor" həm də son 4 mövsümdə 28 turdan sonra 60 xal toplamaqla daha bir rekordun sahibidir. 

 

Qeyd edək ki, "sarı-qırmızılar" 60 xalla sona 6 tur qalmış turnir cədvəlinin vahid lideridi.

Xəbər xətti