"Neftçi" səfərdə büdrədi

18:24 - 22 Aprel 2015

Qarşılaşmada 3 qol
 
Bu gün U-19 liqasında növbəti turun görüşləri baş tutub.
 
Sportal.az xəbər verir ki, "Əlincə"  29-cu turun oyunları çərçivəsində doğma divarlar arasında “Neftçi” ilə qarşılaşıb.
 
Turnir cədvəlinin qonşu pillələrində qərar tutan komandaların dueli əvvəlcədən maraqla gözlənilirdi. Oyunun gedişatı da bunu göstərdi.
Matçda hesabı isə qonaqlar açdı.Tədricən təşəbbüsü ələ alan “Əlincə” ilk hissənin sonuna yaxın Elçin Əliyevin baxımlı qoluyla tarazlığı bərpa etdi.
İkinci hissədə isə qələbə qolunu vurmaq üçün irəli atılan "Əlincə" bu istəyinə də çatdı. Əlverişli mövqeyə açılan Kazbek Qafarov topla bir qədər irəlilədikdən sonra qapıçıya da şans tanımadı. Görüşün sonuna kimi qapısını toxunulmaz saxlayan “Əlincə” yekunda 2:1 hesablı qələbə qazandı.

Xəbər xətti