Klub prezidenti nazir oldu

20:31 - 22 Aprel 2015

"Kuban"da yeni prezident seçilir
 
Krasnodarın "Kuban" klubunun prezidenti Aleksandr Tkaçev Rusiyanın kənd təsərrüfatı naziri təyin olunub.
 
Sportal.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putin sərəncam imzalayıb.
 
Putin əvvəlki nazir Nikolay Fyodoru özünə müşavir götürüb. Eyni zamanda Krasnodar diyarının qubernatoru vəzifəsində çalışan Tkaçev yeni klub prezidenti seçilənədək "Kuban"a rəhbərlik edəcək. Hərçənd, o, eyni vaxtda iki vəzifədə çalışmağın da əleyhinə deyil. Amma "Kuban"ın səhmdarları yaxın 2 ay ərzində yeni prezident seçməyə qərar veriblər.

Xəbər xətti