Ruslan oynadı, "Hayduk" finala vəsiqə qazana bilmədi

00:25 - 23 Aprel 2015

Millimizin üzvü komandasını məğlubiyyətdən xilas edə bilmədi
 
Xorvatiya ölkə kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. 
 
Sportal.az xəbər verir ki, millimizin üzvü Ruslan Qurbanovun forma geindiyi "Hayduk" (Split) səfərdə əzəli rəqibi RNK (Split) komandası ilə üz-üzə gəlib.
 
Split derbisində bir qol vurulub. 43-cü dəqiqədə Çikaleşinin penaltidən vurduğu qol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb - 1:0. İlk görüşdə 1:1 hesabı qeydə alındığından, finala məhz RNK klubu yüksəlib. Ruslan Qurbanov 46-cı dəqiqədə meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib. 

Xəbər xətti