"Dnepr" – "Brügge" 1:0 VİDEO

02:15 - 24 Aprel 2015

“Qarabağ”ın rəqibi yarımfinala vəsiqə qazandı
 
Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, avrokuboklarda qrupda “Qarabağ”ın rəqibi olmuş Ukraynanın  “Dnepr”  komandası turnirdə uğurlu çıxışını davam etdirib.  
 
Dnepropetrovsk təmsilçisi doğma meydanda Belçikanın “Brügge” komandasını qəbul edib. İlk oyunda hesab açılmadığından cavab qarşılaşmasına marağı bir qədər də artırıb. Matçın sonlarında Şakovun vurduğu qol “Dnepr”in həm qələbəsini həm də yarımfinala vəsiqə qazanmasını təmin edib.
 
"Dnepr" (Ukrayna) - "Brügge" (Belçika)  1:0
Qol: Şakov, 82

 

Xəbər xətti