ÇL-də yarımfinal oyunlarının təqvimi məlum oldu

17:30 - 24 Aprel 2015

İlk oyun İtaliyada
 
Çempionlar Liqasında yarımfinal mərhələsinin oyun cədvəli müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, ilk olaraq meydana "Yuventus" və "Real" çıxacaq. Bu komandalar arasında ilk oyun mayın 5-də Turində keçiriləcək. Cavab qarşılaşması isə mayın 13-də "Santyaqo Bernabeu" stadionunda baş tutacaq.
 
Yarımfinalın digər cütündə "Barselona" və "Bavariya" klubları 6-12 may tarixlərində üz-üzə gələcək.
 
Qeyd edək ki, Çempionlar Liqasının final oyunu iyunun 6-da, Berlində keçiriləcək. 

Xəbər xətti