"Onun bir ayağının qiyməti 100 milyondur"

03:05 - 26 Aprel 2015

“Çelsi” belçikalı futbolçunu neçəyə satır? 
 
“Çelsi”nin aparıcı üzvü Eden Azara göz qoyan Madrid “Real”ı mövsümün sonunda belçikalı futbolçunu heyətinə qatmaq istəyir.
 
Sportal.az xəbər verir ki, madridlilərin yarımmüdafiəçidən əl çəkməməsi baş məşqçi Joze Mourinyonu qəzəbləndirib. Bu məsələyə son nöqtə qoymaq üçün təcrübəli mütəxəssis “Real”a sərt mesaj göndərib:
 
“Madrid klubu Azarı istəyirsə, onda  şərtimizi qəbul etməlidir. Əgər məndən xəbərsiz  iş görərlərsə, bu keçid alınmayacaq. Axı mənim nəyə qadir olduğumu onlar yaxşı bilirlər. Onlar istəklərini rəsmi olaraq söyləsinlər, biz də şərtimizi deyək. Azar neçəyə başa gələr? Onun bir ayağının qiyməti 100 milyon funt sterlinqdir. “Real”  rəhbərliyi 200 milyon verməyə razıdırsa, onda danışıqlara başlaya bilərik”. 

Xəbər xətti