"Sumqayıt"dan "Simurq"a daha bir zərbə

11:19 - 27 Aprel 2015

İki futbolçu cəzalı duruma düşüb

 

Premyer Liqanın 31-ci turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə məğlub olan "Simurq" 3 xal itirməklə yanaşı 2 futbolçusunu da itirib.

 

Sportal.az xəbər verir ki, oyunun 31-ci dəqiqəsində Elnur Abdullayev, 90+3-cü dəqiqədə isə Tural Axundov sarı vərəqə alaraq cəzalı duruma düşüblər.

 

Qeyd edək ki, hər iki futbolçu sarı vərəqə limitini doldurduqları üçün 32-ci turda "İnter"lə oyunu buraxmalı olacaqlar.

Xəbər xətti