İllik 3 milyondan çox qazanacaq

21:30 - 27 Aprel 2015

İkardi "İnter"lə müqavilə yeniləyir
 
"İnter" Mauro İkardi ilə müqavilə yeniləməyə yaxındı.
 
Sportal.az xəbər verir ki, "neradzurrilər" forvarda illik 2,8 milyon avro təklif edib. İkardi yeni təklfii qəbul edib. Bununla yanaşı, əgər 22 yaşlı futbolçu 2014-15 mövsümündə İtaliya A Seriyasının bombardiri olarsa, onun məvacibi 3,2 milyon avroya qədər yüksələcək. Bu barədə İkardinin müqaviləsində xüsusi bənd var. Hazırda Karlos Teves 18 qolla İtaliyada ən məhsuldar futbolçudu. İkardi ondan cəmi 1 qol geri qalır.

Xəbər xətti