İnzaqi ilə konfliktə girən futbolçu komandadan ayrılacaq

20:23 - 28 Aprel 2015

Sözləri üst-üstə düşmədi

"Milan"ın hollandiyalı təcrübəli yarımmüdafiəçisi Naydcel de Yonq mövsümün sonunda komandadan ayrılacaq.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqaviləsi bu il sona çatacaq 30 yaşlı futbolçu baş məşqçi Filippo İnzaqi ilə İtaliya A Seriyasının son turunda keçirilən "Udineze" (1:2) matçından sonra konflikt yaşadığını və məhz bu səbəbdən komandadan ayrılacağını bildirib.

 

Qeyd edək ki, 2012-2013 mövsümünün qış fasiləsində "Milan"a gələn De Yonq bu baxt ərzində çempionatda keçirdiyi 68 matçda 6 qol və 3 asistlə yadda qalıb.

Xəbər xətti