"Udineze" – "İnter" 1:2 VİDEO

02:45 - 29 Aprel 2015

Podolski komandasına qələbə qazandırdı
 
İtaliya A seriyasında 33-cü turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, turun açılış matçında “İnter” səfərdə “Udineze”ylə qarşılaşıb.
 
Birinci hissə qolsuz başa çatsa da, fasilədən sonra ilk olaraq qonaqlar fərqləniblər. 48-ci dəqiqədə İkardi penalti zərbəsini dəqiq yerinə yetirib.
 
Lakin milanlıların qol sevinci iki dəqiqə çəkib. Belə ki, meydan sahibləri  Di Natalyenin sayəsində hesabı bərabərləşdirib. Lakin “İnter”in aramsız hücumlarında rəqib davam gətirməyib. Podolskinin qarşısını ala bilməyən “ağ-qaralar” sonda məğlubiyyətlə barışmalı olub.
 
 
 
“Udineze” – “İnter”  1:2
Qollar
: Di Natalye, 50 – İkardi, 48-pen, Podolski, 65          

 

 

Xəbər xətti