93 il sonra A Seriyada

10:39 - 29 Aprel 2015

Vəsiqə qazanan ilk komanda

 

İtaliya A Seriyasına vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.

 

Sportal.az хəbər verir ki, ilk vəsiqəni "Karpi" əldə edib. Komanda bu uğura sona 4 tur qalmış imza atıb. 38-ci turun oyununda "Bari" ilə qolsuz bərabərliyə razılaşan "Karpi" хal sayını 75-ə yüksəldib və 3-cü pillədəki "Boloniya" ilə xərqi 12-yə çatdırıb. "Karpi" son 4 turda uduzsa belə rəqibləri üçün əlçatmaz olacaq. 

 

Qeyd edək ki, "Karpi" 93 ildən sonra A Seriyasına çıхıb.

Xəbər xətti