Məhərrəmovlu "Adanaspor" Ağayevsiz "Kayserispor"la bacarmadı

00:13 - 30 Aprel 2015

Futbolçumuz üçün 6 dəqiqə
 
Dünən Türkiyə PTT I Liqasında 30-cu turun növbəti oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, həmyerlimiz Cəmşid Məhərrəmovun çıxış etdiyi "Adanspor" doğma meydanda millimizin qolkiperi Kamran Ağayevin formasını geyindiyi "Kayserispor"la qolsuz heç-heçəyə razılaşıb. Kamran Ağayev zədə səbəbindən oyunun iştirak ərizəsinə salınmamışdı, Cəmşid Məhərrəmov isə oyunun əsas vaxtına artırılmış 6 dəqiqənin ilkində meydana çıxıb.

Xəbər xətti