Emil Balayevsiz "Ayntraxt" uduzdu

01:35 - 3 May 2015

Futbolçumuzun adı yenə "18-liy"ə salınmadı
 
Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb. Frankfurt klubu səfərdə "Verder"lə qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:0 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı ənənəvi olaraq, yenə matçın iştirak ərizəsində yer almayıb.
 
Qeyd edək ki, "Ayntraxt" hazırda 36 xalla 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti