Dadaşov yenə heyətdən kənarda qaldı

13:27 - 3 May 2015

Futbolçumuzun komandası növbəti matçına çıxıb
 
Almaniya Regional Liqasında XXIX turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Saarbrüken” də növbəti matçına çıxıb.  Adıçəkilən komanda doğma arenada "Kassel"lə üz-üzə gəlib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dadaşovun adı isə bu matçın iştirak ərizəsində yer almayıb.
 
Qeyd edək ki, "Saarbrüken" hazırda 63 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti