"Roma" – "Cenoa" 2:0 VİDEO

20:55 - 3 May 2015

“Canavarlar” ikinci pillədə möhkəmlənir
 
İtaliya A seriyasında 35-ci turun qalan oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, bu tur “Roma” doğma meydanda avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Cenoa”nı sınağa çəkib.
 
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “canavarlar” hesabat turunu qələbəylə başa vurub. Paytaxt təmsilçisi Dumbia və Florensinin qolları ilə rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
 
 
“Roma” – “Cenoa”  2:0
Qollar: Dumbia, 35, Florensi, 90

 

 

Xəbər xətti