"İnter"dən Yaya Tureyə fantastik təklif

22:05 - 3 May 2015

Futbolçu milanlılara neçəyə başa gələcək?   
 
İtaliyanın “İnter” klubu mövsümün sonunda heyətini “Mançester Siti”də forma geyinən Yaya Tureylə gücləndirmək istəyir.
 
Sportal.az xəbər verir ki, milanlılar yarımmüdafiəçinin transferinə görə “şəhərlilər”ə 60 milyon avro ödəməyə hazırdırlar.
 
Roberto Mançinin təkidiylə futbolçunun keçidiylə bağlı klub rəhbərliyi yaxın günlərdə qarşı tərəflə danışıqlar aparacaq.
 
Qeyd edək ki, bu mövsüm “Mançester Siti”nin heyətində 35 oyun keçirən Ture rəqib qapılarının torunu topla 10 dəfə silkələyib.        

Xəbər xətti