Kamran Ağayevin yoxluğunda "Kayserispor" xal itirdi

00:14 - 4 May 2015

Futbolçumuz heyətdən kənarda qaldı
 
Türkiyə PTT 1-ci liqasında 31-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb. Sözügedən komanda öz meydanında "Antalyaspor"la qarşılaşıb. Görüşdə hesab açılmayıb - 0:0. Zədəli olan Kamran bu görüşdə forma şansı qazanmayıb.
 
Qeyd edək ki, "Kayserispor" hazırda 63 xalla birinci pillədə qərarlaşıb.

Xəbər xətti