Amit Quluzadə yenə oynamadı

10:15 - 4 May 2015

42-ci turun matçı

 

Portuqaliya ikinci liqasında 42-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.

 

Sözügedən klub səfərdə "Santa Klara" ilə qarşılaşıb. Görüş "Atletiko"nun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Amit bu qarşılaşmanın iştirakçıları sırasında yer almayıb.

Qeyd edək ki, "Atletiko" hazırda 39 xalla 22-ci pillədə qərarlaşıb.

Xəbər xətti