"Bakı"nın futbolçularından maraqlı qərar: Sona qədər oynayacağıq

13:12 - 4 May 2015

"Bakı" mübarizəni davam etdirəcək
 
Artıq növbəti mövsümdə I Divizionda düşəcəyi dəqiqləşən "Bakı" klubunda hələ də futbolçular maaşlarını vaxtında ala bilmir.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, futbolçular qarşıdakı 4 turda meydana çıxıb mübarizəni davam etdirəcək. Maaşlar veirlməsə belə, futbolçular bir araya gəlib söz veriblər ki, mövsümü ən yaxşı yerdə bitirək və may ayının sonuna kimi baş tutan hər bir məşqdə can-başla iştirak edək. Komanda həmçinin mayın 9-da qarşılaşacağı AZAL-la oyunda qələbə qazanmaq üçün meydanda əllərindən gələn hər şeyi edəcəklərinə dair də söz verib.

Xəbər xətti