"Poqbanı satmağı düşünmürük"

00:39 - 5 May 2015

Marottadan fransalı futbolçu haqda açıqlama
 
"Yuventus"un idman direktoru Beppe Marotta komandanın futbolçusu Pol Poqbanı satacaqları ilə bağlı yayılan iddialara münasəbit bildirib.
 
Sportal.az xəbər verir ki, o, fransalı yarımmüdafiəçi ilə bir çox klubun maraqlandığını təsdiqləyib. Ancaq B.Marotta Poqbanı satmağı düşünmədiklərini deyib:
 
"Poqba komandanın önəmli futbolçularından biridir. Onu satmağı düşünmürük. Poqbanın özü də "Yuventus"dan ayrılmaq istəmir".

Xəbər xətti