Subaşiç üçün 35 dəqiqə

00:44 - 5 May 2015

Futbolçumuzun komandası 1 xalla kifayətləndi
 
Türkiyə PTT 1-ci liqasında 31-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Bucaspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Subaşiç görüşün 55-ci dəqiqəsində meydana çıxıb.
 
Qeyd edək ki, "Manisaspor" hazırda 30 xalla 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti