Əfsanəvi qapıçı Kasilyası Buffondan üstün tutdu

01:25 - 5 May 2015

Yarımfinal oyunları ərəfəsində Dino Zoff qapıçıları müqayisə etdi
 
Çempionlar Liqasının yarımfinal mərhələsində “Yuventus” – “Real” arasında keçiriləcək ilk oyun ərəfəsində İtaliya millisinin sabiq qapıçısı Dino Zoff maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, əfsanəvi qolkiper hər iki komandanın qapıçısıİker Kasilyas ilə Canluici Buffonun oyununu müqayisə edib. Dino Zoff qapıçılar arasında seçim edərkən üstünlüyü ispaniyalı qolkiperə verib:
 
“Əlbəttə, dünyanın ən güclü qapıçısı Noyerdi. Əgər Kasiyas ilə Buffon arasında seçim olsaydı, mən isapaniyalı qapıçıya üstünlük verərərdim. Çünki o, həlledici oyunlarda komandasını xilas edə bilir. Ona görə də “Yuventus”un futbolçularına onun qapısına yol tapmaq heç də asan başa gəlməyəcək”.              

Xəbər xətti