"Barselona"nı necə məğlub edəcəyimizin yolunu daha yaxşı baş məşqçimiz bilir"

01:40 - 5 May 2015

Tomas Müller: “Messi topu rahat qəbul edəndə istədiyini edir”
 
Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” sabah “Nou Kamp”da “Barselona”nın qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin aparıcı üzvü Tomas Müller dünyanın ən güclü komandasına qarşı oynayacaqlarını deyib:
 
“Rəqib komandanın nəyə qadir olduğunu yaxşı bilirik. “Barseloan”nın heyətində güclü futbolçular yer alır. Xüsusilə də hücum xətti daha yaxşı təsir bağışlayır. Müdafiəçilərimiz diqqətli  oynamalı və zonda boşluqlar verməməlidir.  Messi topu rahat qəbul edəndə istədiyini edir. Argentinalıya belə bir imkanı verməsək, onda rəqibin oyunu pozulacaq.
 
“Barselona” dünyanın ən güclü komandası hesab olunur. Lakin məğlub edilməz də deyil. Səfərdə əldə edəcəyimiz nəticədən çox şey asılıdır.  Pep Qvardiola vaxtıayla “Barselona”nı çalışdırıb. “Barselona”nı necə məğlub edəcəyimizin yolunu daha yaxşı baş məşqçimiz bilir”.    

Xəbər xətti