Messi "Bavariya"ya acı məğlubiyyəti yadına saldı: "O anları xatırlayıram, amma..."

20:40 - 5 May 2015

"Pep Qvardiola ilə birlikə çalışmışıq, bu müddətdə fantastik əlaqəmiz oldu"
 
Sabah Çempionlar Liqasının yarımfinal mərhələsinin mərhələsində "Barselona" doğma meydanda "Bavariya"nı qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, kataloniyalıların ulduz futbolçusu Lionel Messi bu qarşılaşma haqda jurnalistlərin suallarını cavablandırıb:
 
"Pep Qvardiola ilə birlikə çalışmışıq, bu müddətdə fantastik əlaqəmiz oldu. Lakin o komandadan ayrıldıqdan sonra əlaqəmiz də kəsildi. Pep "Barselona"da böyük işlər gördü və adını komandanın tarixinə yazdırdı. Lakin sabah azarkeşlərimiz "Barselona"ya lazım olan dəstəyi verməlidi və biz də meydana qəıəbə qazanmaq üçün çıxacağıq".
 
Messi iki il öncə "Bavariya"ya 7 fərqlə uduzmaqlarını xatırllayaraq bunları dilə gətirib:

 
"Əlbəttə, o anları xatırlayıram, amma bu matç tam fərqli".

Xəbər xətti