Levandovski məşqə maskada çıxdı

00:50 - 6 May 2015

Polşalı hücumçu  “Barselona”ya qarşı oynayacaq
 
Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Bavariya” komandası “Barselona”ya qarşı ilk oyununu səfərdə keçirəcək.
 
Sportal.az xəbər verir ki, oyun öncəsi Münhen təmsilçisi “Nou Kamp”da son məşqinə çıxıb.
 
Dortmund “Borussiya”sı ilə qarşılaşmada burnu və çənəsi sıradan çıxan Robert Levandovskinin “Barselona”ya qarışı oynayıb-oynamauacağı sual altında idi. Lakin polşalı hücumçunun son məşqə qoruyucu maskada çıxması Levandovskinin Kataloniya təmsilçisinə qarşı meydana çıxacağından xəbər verib.      

Xəbər xətti