"Belə oyunlarda favorit olmur"

02:25 - 6 May 2015

“Barselona”nın prezidenti “Münhen təmsilçisi çox yaxşı oyun göstərir”
 
Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə qarşılaşma öncəsi “Barselona” klubunun prezidenti Xosep Mariya Bartomeu maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri yarımfinal cütlüklərinin duelində favorit komanda olmadğını deyib:
 
“Bavariya” Avropanın ən güclü klublarından biridir. Münhen təmsilçisi çox yaxşı oyun göstərir. Belə olan halda işimizi ehtiyatlı tutmalıyıq. Düşünürəm ki, finala çıxmaq uğrunda meydanda gərgin mübarizə gedəcək. Ona gərə də belə oyunlarda favorit olmur”.

Xəbər xətti