"Mançester Yunayted"in sabiq kapitanı Qaret Beyli tənqid etdi

02:40 - 6 May 2015

Roy Kin: “Elə bil ki, “Real” azlıqda oynayırdı”
 
“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin  Madrid “Real”ının yarımmüdafiəçisi Qaret Beylin oyununu müzakirə edib.
 
Sportal.az xəbər verir ki, irlandiyalı mütəxəssis Çempionlar Liqasının ilk yarımfinal matçında madridlilərin “Yuventus”a qarşı azlıqda oynadığını deyib:
 
“Yuventus”la oyunda Qaret Beyl görünmədi. Elə bil ki, “Real” azlıqda oynayırdı. Komanda yoldaşlarının uesli futbolçudan inciməyə haqqı çatır.  Çünki futbolçu oyunboyu komandasının xeyrinə deyil, ziyanına işlədi”.            

Xəbər xətti