"Traktor Sazi" Çempionlar Liqasında mübarizəni dayandırdı

14:45 - 6 May 2015

Təbriz klubu "Əl Əhli"ylə bacarmadı

 

Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu turnirdə son matçını keçirib.

 

Səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əhli" klubunun qonağı olan "Traktor Sazi" rəqibinə 2:3 hesabı ilə uduzub. Bununla da, 6 oyundan 4 xal toplayan Təbriz təmsilçisi qrupu sonuncu pillədə başa vurub.

 

Qrupun ilk iki pilləsində qərarlaşan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əhli" klubları isə  Çempionlar Liqasında mübarizəni davam etdirir. 

Xəbər xətti