Benites "Napoli"ylə 4 illik müqavilə bağlayır

01:19 - 7 May 2015

Artıq tərəflər razılığa gəliblər  
 
Bu gün “Napoli” klubu baş məşqçi Rafael Beniteslə yenidən 4 illik müqavilə bağlayacaq.
 
Sportal.az xəbər verir ki, ispaniyalı məşqçinin agenti Kilon Qarsiya “Napoli”nin rəhbəri  Aurelio De Laurentislə görüşüb.
 
Həmin görüşdə tərəflər müqavilənin şərtlərinə aydınlıq gətirəndən sonra təcrübəli mütəxəssis anlaşmaya razılıq verib. Baş menecer Andrea Çivelli və hüquqşunas Filippo Fusko sənədləri qaydasına salandan sonra ispaniyalı mütəxəssisə yalnız qol çəkmək qalacaq. Rafael Benites komandanı Avropa Liqasının yarımfinal mərhələsində “Dnepr”lə oyuna hazırladığı üçün danışıqlarda iştirak etməyib.      

Xəbər xətti