"Bir il əvvəl hamı elə fikirləşirdi ki, "Empoli" elitanı tərk edəcək"

02:10 - 7 May 2015

Marutsio Sarri baş məşqçi postunda qalacaqmı?
 
İtaliya A seriyasının 34-cü turunda “Torino”ya səfərdə 1:0 hesabilə qalib gələn “Empoli” komandası elitada yerini təmin edib. 
 
Sportal.az xəbər verir ki, Marutsio Sarri baş məşqçi postunda qalmaq istəyini də gizlətməyib:
 
“İtaliya A seriyasında qalmağımız məni sevindirdi. Halbuki bir il əvvəl hamı elə fikirləşirdi  ki, “Empoli” elitanı tərk edəcək. Baş məşqçi postunda qalacağam? İndi deyə bilərərm ki, gələcəyim “Empoli” klubuna bağlıdır. Ancaq yenə də hər şey ola bilər. Lakin hazırda komandanə mən çalışdırıram”. 

Xəbər xətti