Futbolçumuz oynamadı, komandası qələbə qazandı

10:44 - 7 May 2015

Dadaşov yenə heyətdən kənarda qaldı
 
Almaniya Regional Liqasında 32-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Saarbrüken” də növbəti matçına çıxıb.  Adıçəkilən komanda səfərdə "Pirmasens"lə üz-üzə gəlib. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Dadaşovun adı isə bu matçın iştirak ərizəsində yer almayıb.
 
Qeyd edək ki, "Saarbrüken" hazırda 66 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti