"Forbes" dünyanın ən bahalı klublarını elan etdi

14:32 - 7 May 2015

"Kral" klubu başçılıq edir

 

Məşhur "Forbes" jurnalı dünyanın ən varlı klublaırının yeni siyahısını təqdim edib.

Sportal.az xəbər verir ki, siyahının birinci sırasında Madridin “Real” klubu yer alıb. Onun qiyməti 3,26 milyard dollar dəyərindədir. Reytinqdə ikinci yeri 3,16 milyard dollar dəyərlə “Barselona”, üçüncü yeri isə 3,1 milyard dollar qiymətlə “Mançester Yunayted” tutub. 
 

 

Həmin reytinq siyahısını təqdim edirik
 

 

1. "Real" - 3.26 milyard dollar
 

2 "Barselona" - 3.16 milyard dollar

 

3. "Mançester Yunayted" - 3.1 milyard dollar

 

4. "Bavariya" - 2.35 milyard dollar

 

5. "Mançester Siti" - 1.38 milyard dollar

 

6. "Çelsi" - 1.37 milyard dollar

 

7. "Arsenal" - 1.31 milyard dollar

 

8. "Liverpul" - 982 milyon dollar

 

9. "Yuventus" - 837 milyon dollar

 

10. "Milan" - 775 milyon dollar

Xəbər xətti