Millimizin futbolçusundan şad xəbər, məşqlərə başlayıb

15:44 - 7 May 2015

Topsuz məşqlə kifayətlənir

 

"Qranada"nın  yarımmüdafiəçisi Eddi İsrafilov artıq yüngül məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, hələlik, komandadan ayrı çalışan millimizin üzvü topsuz məşq edir və daha çox qaçışla kifayətlənir. Bu isə onun mövsümün son turlarında meydana çıxmayacağından xəbər verir.

 

Qeyd edək ki, millinin baş məşqçisi Robert Prosineçki də zədəli olduğu üçün oynamayan İsrafilovu əsas komandamıza dəvət etməyəcəyini bəyan edib.

Xəbər xətti