Almaniya millisinin sabiq üzvü transferə çıxarılır

19:48 - 9 May 2015

“Fiorentina” hücumçuyla yollarını ayırır
 
“Fiorentina” klubu mövsümün sonunda hücumçu Mario Qomeslə yollarını ayıracaq.
 
Sportal.az xəbər verir ki, “çəhrayılar” almaniyalı futbolçunun əvəzinə yayda yeni oyunçu almağa hazırlaşırlar.
 
29 yaşlı futbolçunu transferə çıxaracaq florensiyalılar onun yerini doldurmaq üçün hücumçu axtarışına başlayıblar. Almaniya millisinin sabıq üzvü İtaliya A seriyasında keçirdiyi 20 oyunda rəqib qapılarına 4 top vurub.     

Xəbər xətti